hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Muje Anlı “Qızıl Aypara” ilə birgə Azərbaycana yardım kampaniyasına başlayır

Muje Anlı “Qızıl Aypara” ilə birgə Azərbaycana yardım kampaniyasına başlayır

Türkiyənin məşhur televiziya proqramı, tanınmış jurnalist Muje Anlının aparıcısı olduğu “Tatlı sərt” proqramı Azərbaycana yardım kampaniyasına başlayacaq.

Cebhe.info xəbər verir ki, bu barədə aparıcı bugünkü proqramında məlumat verib.

Onun sözlərinə görə, bazar ertəsi “Qızıl Aypara” Cəmiyyəti ilə birlikdə kampaniyaya start veriləcək:

“Azərbaycan olduqca güclü ölkədir. Heç kimin yardımına ehtiyacı yoxdur. Amma orada mülki insanlar da erməni terroruna məruz qalır. Buna görə də bazar ertəsi günü kampaniyamıza start verəcəyik. Azərbaycanın hər zaman yanındayıq. İnşallah, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını da bu studiyada qeyd edəcəyik”.

Xatırladaq ki, bu gün Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3422

Bizim Telegram səhifəmizi izləyin