hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Mursinin qadınlarla bağlı qalmaqallı islahatları: “Onun belə bir qərarı olmayıb” - Vüqar Zifəroğlu

Mursinin qadınlarla bağlı qalmaqallı islahatları: “Onun belə bir qərarı olmayıb” - Vüqar Zifəroğlu

Misirin sabiq  prezidenti  Məhəmməd Mursinin ölümündən sonra bəzi iddialar meydana çıxmağa başlayıb. 

Beləki, hakimiyyətdə olduğu 1 il 4 gün ərzində M. Mursinin cəmiyyəti narazı salan bir sıra təşəbbüslərlə çıxış etdiyi  söylənilir. Məlumata görə, “Müsəlman qardaşlar” qadınların çimərliyə getməsini yasaqlamaq istəyirmiş. Hesab edirmişlər ki, çimərlik paltarında qadın kişilərdə  ehtirası gücləndirə,  təcavüz riskini artıra bilər. Bundan başqa Mursi tərəfdarları  qız uşaqlarının 9 yaşında ərə getmələrinə qanunla icazə verməyə hazırlaşırmış. Misiri şəriət qaydaları ilə idarə etməyə çalışan Mürsu hökuməti qadınlara bazardan banan, xiyar və badımcan kimi səbzələr almasını da qadağan etmək istəyirmiş.

Cebhe.info-ya açıqlamasına “Oğuz” Müstəqil Araşdırma Qrupunun sədri, politoloq  Vüqar Zifəroğlu deyib ki,  Məhəmməd Mursinin bu cür qərarları olmayıb: “Mursinin hakimiyyətə gəlməsiylə bəzi şəriət qanunlarının dəyişiləcəyi gözlənilirdi. Amma bu deyilənlər haqqında qərar olmayıb. Mursi iqtidarı dövründə “İxvan-ul Müslimin” ilə “Şərəflilər”in arasında tarixi keçmişə dayanan rəqabət yaranmağa başladı və bu da Mursi iqtidarının devrilməsində xüsusi bir rol oynadı”. 

Əli Bədirli 
Cebhe.info


Oxunma sayı: 1057