hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Müsəlman dünyası Qurban bayramını qeyd edir

Müsəlman dünyası Qurban bayramını qeyd edir

Azərbaycanda Qurban bayramı qeyd olunur.

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, bu il Qurban bayramı iyulun 31-də və avqustun 1-də qeyd edilir. Qurban bayramı ilə əlaqədar Azərbaycanda iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ardıcıl 4 gün qeyri-iş günüdür.

Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlərdə bayram namazı qılınmayacaq. Bununla yanaşı, pandemiya səbəbindən bayramda kütləvilik, qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsimi qadağandır. Qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub.

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyənlər www.qurbanliq.kendden.az saytına daxil olaraq onlayn növbə götürə bilərlər.

Cebhe.info


Oxunma sayı: 1662