hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Müsəlman polis 84 regiona nəzarət edəcək - İLK DƏFƏ

Müsəlman polis 84 regiona nəzarət edəcək - İLK DƏFƏ

Nyu-Yorkda ilk dəfə müsəlman polis regionlara nəzarət vəzifəsinə təyin edilib.

Cebhe.info xəbər verir ki, eyni zamanda Nyu-York Polislər Dərnəyinin prezidenti olan Pakistan əsilli Adel Rana 84 regiona nəzarət vəzifəsinə təyin edilib. Jurnalistlərə açıqlamasında çox xoşbəxt olduğunu dilə gətirən Rana bildirib:

"Bu, xalqımızın, gəncələrimizin və Qərb ölkələrinin İslamın pozitiv tərəflərini önə çıxarmaq üçün verdiyi savaşın qürurlandırıcı nəticəsidir".

Yeni vəzifəsində müsəlmanların ən yaxşı xüsusiyyətlərini önə çıxaracağını və hamıya örnək olacağını bildirən Rana əlavə edib: "Ümid edirəm ki, bu hadisə bizdən sonrakı nəsillər üçün dönüş nöqtəsi olacaq".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1002