hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Müsəlmanlardan Makrona mesaj: Fransa malları boykot edilir

Müsəlmanlardan Makrona mesaj: Fransa malları boykot edilir

Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Fransa prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Bu vədlər islam ölkələri tərəfindən qınanıb. Belə ki, Makronun vədlərindən sonra Yaxın Şərqdə Fransa məhsullarına boykot çağırışları artıb.

Cebhe.info xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamalarından sonra Qətərdə və Küveytdə fransız mallarına boykot elan edilib.
Qətərdə fransız pendirləri mağazaların rəflərindən çıxarılıb, əvəzinə isə yerli məhsul nümayiş olunub.

Hətta fransız restoranı “Le Train Bleu” belə fransız məhsullarından imtina etdiyini bildirib.

İordaniyada da fransız istehsalçıların məhsullarını almamaq üçün çağırışlar səsləndirilib.

Qeyd edək ki, karikaturanın yayımlanması Türkiyə, İran, İordaniya və Küveyt kimi ölkələr tərəfindən qınanıb. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Fransanın müsəlman ölkələri ilə münasibətlərinə zərər verə biləcək açıqlamalara təəsüfləndiklərini bildiriblər.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2311

Bizim Telegram səhifəmizi izləyin