hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Musiqili Teatr mövsümü “O olmasın, bu olsun”la açacaq

Musiqili Teatr mövsümü “O olmasın, bu olsun”la açacaq

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üç səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrdan Cebhe.info-ya verilən məlumata görə, sentyabrın 20-də və 22-də dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək.
Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Teatr 110-cu mövsümünün açılışında nümayiş olunacaq "O olmasın, bu olsun” ikihissəli musiqili komediyasında Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın peşəkar aktyorları çıxış edəcək.

Bu tamaşada həmçinin İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn Hambal obrazını canlandıracaq. “Silva” (İ.Kalma) tamaşasında isə Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları ilə birgə eyni səhnəni paylaşacaq.

Akademik Musiqili Teatr teatrsevərləri biri-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir! 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "iticket.az” saytından əldə etmək olar.

Xatirə
Cebhe.info


Oxunma sayı: 419