hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Müxalifət İrəvanın mərkəzini blokadaya alıb

Müxalifət İrəvanın mərkəzini blokadaya alıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Vətənin xilası hərəkatı"nın yüzlərlə tərəfdarı parlamentin yanındakı İrəvanın mərkəzi prospektini mühasirəyə almaqda davam edir.

Cebhe.info xəbər verir ki, etirazçılar müxalifət liderlərinin yeni bəyanatlarını gözləyirlər.

"Bu gün bizim gələcək hərəkətlərimizlə bağlı çox vacib bəyanatlarımız olacaq", - deyə "Daşnaksütyun" partiyasının nümayəndəsi Geqam Manukyan bildirib.

Prospektdə vətənpərvərlik mahnıları səsləndirilir. Zibil qutularından və küçə skamyalarından barrikadalar quraşdırılıb. Fəallar hökumət əleyhinə şüarlar səsləndirirlər. Polislər gücləndirilmiş rejimdə xidmət aparır, lakin prospektləri etirazçılardan təmizləməyə çalışmırlar.

Cebhe.info


Oxunma sayı: 1585