hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Müxalifəti narazı salan “lider” sorğusu: “Bizim sorğuya görə də bizdən yoxdur” – Partiya sədri

Müxalifəti narazı salan “lider” sorğusu: “Bizim sorğuya görə də bizdən yoxdur” – Partiya sədri

Son günlər siyasi kluarda əsas müzakirə məsələsi sosial şəbəkələrdə müxalif partiya sədrləri ilə bağlı keçirilən sorğulardır.

Əsas narazılıq isə keçirilən sorğuların obyektiv aparılmamasıdır. İddi olunur ki, sorğunu keçirən qrup özünə yaxın olan şəxsləri qalib edir və bu da ictimai rəyi çaşdırmağa hesablanan addımdır.

AĞ Partiyanın başqanı Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, əslində, insanların toplaşdığı yerlərdə fikirlərin öyrənilməsi, sosial şəbəkələrdə aparılan sorğuların nəticəsi əslində önəmlidir:

“Amma sorğunun effektli olması üçün bitərəf və ictimaiyyət tərəfindən qəbul olunan nüfuzlu dairələr, strukturlar tərəfindən keçirilməlidir ki, nəticələr şübhə ilə qarşılanmasın. Nəticədə də real sorğunun nəticəsini təbliğat vasitəsinə çevirmək mümkün olsun.

Azərbaycanda isə hərə özünün sorğusunu keçirir və özünü birinci edir. Azərbaycanda elə bir sorğu mərkəzi yoxdur ki, onun nəticəsinə istinad edə bilək. Odur ki, nə Azərbaycan cəmiyyəti, nə də beynəlxalq ictimaiyyət müxalifətlə münasibət quranda bu cür sorğuların nəticəsinə istinad etmirlər. Hər kəs öz sorğusunun aparır və ona görə qiymətləndirmə edir. Ona qalsa, bizim də özümüzün apardığı sorğulara görə, bizdən yoxdur. Bu məsələni o qədər də ciddiyə almaq lazım deyil”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1882