hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Muzdla işləyənlərin əməkhaqqı artıb – 90 manat

Muzdla işləyənlərin əməkhaqqı artıb – 90 manat

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri-neft-qaz sektorunda 646,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,9 manat, özəl müəssisələrdə isə 803 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 705