hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Muzdla işləyənlərin əməkhaqqları artıb

Muzdla işləyənlərin əməkhaqqları artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 833,6 manat təşkil edib. 

Cebhe.info xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, dövlət başçısının müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində sentyabrda şəhər üzrə orta aylıq nominal əməkhaqqı 952,4 manata çatıb. 

Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 24,4 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 14,9 faiz çoxdur. 

Cebhe.info


Oxunma sayı: 573