hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Myanmada etiraz aksiyalarında öldürülənlərin sayı artmaqdadır

Myanmada etiraz aksiyalarında öldürülənlərin sayı artmaqdadır

Myanmada hərbi xuntaya qarşı etiraz aksiyalarının dağıdılması zamanı öldürülənlərin sayı 737-yə çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.

Təkcə son sutka ərzində 7 nəfər öldürülüb.

Bununla yanaşı, aksiyaların 3 229 iştirakçısı saxlanılıb, 930 nəfərin isə barəsində həbs orderi çıxarılıb.

Xatırladaq ki, aprelin 16-da Myanmada hərbi çevrilişə qarşı yaradılmış İttifaq Assambleyasının Nümayəndələr Komitəsi (CRPH) vətəndaş hökumətinin formalaşdırıldığını bəyan edib.

Cebhe.info


Oxunma sayı: 397