hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Növbə “Dədə Qorqud”a çatdı: “Bu cür bayağı reklam çarxı çəkmək rəzillikdir” - Tarixçi alim

Növbə “Dədə Qorqud”a çatdı: “Bu cür bayağı reklam çarxı çəkmək rəzillikdir” - Tarixçi alim

“Flaqman” adlı kolbasa məhsullarının reklam çarxı cəmiyyətdə narazılıq doğurub. 

Qeyd edək ki, reklam çarxında “Dədə Qorqud” filminə müraciət olunub. Eposun məşhur qəhrəmanı Qazan xan yemək bişirilən qazanla eyniləşdirilib.

Cebhe.info-ya açıqlamasında tarixçi alim Dilavər Əzimli bu addımı tarixi şəxsiyyətlərimizə təhqir hesab edib:

“Bunlar hamısı bir mərkəzdən idarə olunur. Burada əsas məqsəd tarixi şəxsiyyətləri təhqir edərək gözdən salmaq və Azərbaycan tarixinə həqarətlər yağdırmaqdır. "Kitabi-Dədə Qorqud" da olan obrazların hər biri bizim qəhrəmanlardır və ulu babalarımızdır. Bu qəhrəmanları reklama gətirib onları belə təhqir etmək ancaq yaramazlıqdır. Qazan xanın yemək qazanına bənzətmək biabrıçılıqdır. Milli tarixçiliyimizlə bağlı belə bayağı reklamlar çəkmək rəzillikdir. “Quruluş Osmanlı” filmində Bamsı Beyrək şəhid atası kimi təqdim olunur. Bizdə isə sərkərdə Qazan xan yemək qazanına bənzədilir. Bu reklama cavabdeh olan qurumlar cəzalandırılmalıdır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3708