hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Nabran çimərlikləri doludur: “Bizim qadağadan xəbərimiz yoxdur” - BƏLƏDİYYƏ SƏDRİ 

Nabran çimərlikləri doludur: “Bizim qadağadan xəbərimiz yoxdur” - BƏLƏDİYYƏ SƏDRİ 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib. 

Monitorinq zamanı dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıb. Bunu Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib. O bildirib ki, analizlərin nəticələrinə görə, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün yararsızdır.

Cebhe.info Nabran bələdiyyəsi ilə əlaqə saxlayıb çimərlikdəki hazırkı vəziyyətlə maraqlanıb. Nabranın bələdiyyə sədri Qüdrət Qədimov bildirib ki, onlara çimərlikdən istifədə etməmək barədə heç bir rəsmi məlumat verilməyib: “Rəsmən qadağa qoyulmayıb və hazırda vətəndaşlar burada çimirlər”. 

O əlavə edib ki, yalnız Nabran deyil, bir neçə çimərlik də eyni vəziyyətdədir.  Nə Xaçmaz rayon İcra Hakimiyyəti, nə də Nabran bələdiyyəsi bununla bağlı heç bir profilaktik tədbir görməyib. 

Bələdiyyə sədrinin sözlərindən aydın olub ki, aparılan monitorinqdən rayon icra nümayəndəliyi və bələdiyyənin heç bir xəbəri yoxdur. 

Əli Bədirli  
Cebhe.info


Oxunma sayı: 925