hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Namus üstündə qızını öldürdü

Namus üstündə qızını öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Masallı rayon, Boradigah kənd sakini İlqar Qurbanova hökm oxunub. O, 15 il azadlıqdan məhrum edilib.

Unikal.org xəbər verir ki, İlqar Qurbanov qızı Aysel Məmmədlini öldürmüşdü. 57 yaşlı təqsirləndirilən cinayəti namus üstündə törətdiyini bildirir.

Hadisə keçən ilin yayında metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verib. İlqar 27 yaşlı qızını soyuq silahla qətlə yetirib.

Həsən bəy Zərdabi küçəsində baş vermiş cinayətə hüquqi qiymət verilib. İlqar Qurbanov 15 il həbsxanada keçirməli olacaq.

Cebhe.info


Oxunma sayı: 991