hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Narahatlıq artır: Bu ölkədə 63 nəfər peyvənddən sonra ölüb

Narahatlıq artır: Bu ölkədə 63 nəfər peyvənddən sonra ölüb

Dünya ölkələrində peyvəndlə bağlı narahatlıq davam edir. Artıq Avstriyada koronavirusa qarşı peyvənd olunan daha səkkiz nəfərin ölümü barədə xəbər yayılıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, burada peyvənddən ölənlərin sayı beləliklə 63 nəfərə çatıb.

Ölümlərin çoxu “BioNTech”-“Pfizer” preparatından istifadədən sonra qeydə alınıb. Qalmaqallı, hətta "ölüm peyvəndi" adlandırılan “AstraZeneca” peyvəndindən ölüm 3 nəfərdə qeydə alınıb.

Bu isə hər iki peyvəndi şübhə altına alıb. Xüsusilə də adı təhlükə siyahısında çox da hallanmayan “BioNTech”-“Pfizer” peyvəndi ilə bağlı məqam mütəxəssislərin diqqətini çəkib.

Xatırladaq ki, Avropada "AstraZaneca" peyvəndinin tromb yaratdığına dair məlumatlar bu gün rəsmən təsdiqlənib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1079