hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Narkotacirlər saxlanıldı - Cəlilabadda

Narkotacirlər saxlanıldı - Cəlilabadda

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

Cebhe.info "Report"a istinadən xəbər verir ki, saxlanılan rayon sakini Səbuhi Məmmədovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 1,054 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.

Araşdırmalarla S.Məmmədova narkotiki satan şəxsin rayonun Astanabad kənd sakini Mirrahim Zülfüqarov olduğu müyyən edilib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan M.Zülfüqarovun üzərindən 2 bükümdə, ümumi çəkisi 16,307 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 854