hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Natiq Cəfərli neft payını belə aldı - MARAQLI FOTO

Natiq Cəfərli neft payını belə aldı - MARAQLI FOTO

“Son ayların stressi, iş rejimi, çoxsaylı səfərlər, konfranslar, əsəb, dost saydığın insanların qurşaqdan aşağı gözlənilməz zərbələri sağlamlığımı silkələmişdi. Bel, əzələ, baş ağrılarım artmışdı, son həftələr özümü yaxşı hiss etməsəm də, heç kəsə bunu hiss etdirmirdim. Üç gün əvvəl Naftalana gəldim, müalicəyə başladım, amma burda da iş rejimim ağırdır - gündə 20-25 şərh, müsahibə verməli oluram . Amma indi özümü daha yaxşı hiss edirəm, güc toplamaq, sağlam olmaq lazımdı - qarşıda çox mühüm işlərimuz var! Hər şey bomba olacaq”. 

Cebhe.info xəbər verir ki, bunu deyən ReAl üzvü Natiq Cəfərli sosial şəbəkədə maraqlı fotosunu yayıb. 

Xatırladaq ki, bu gün Avropa Məhkəməsi N.Cəfərlinin həbsiylə bağlı qərar verib: 

“Biz müxalifətçilərə də neftdən ancaq Avropa Məhkəməsinin hökumətə məcbur ödəməyi tapşırdığı pul şəklində pay düşür. Mən dedim ki, neftdən həm də fiziki pay düşsün “.

Cebhe.info


Oxunma sayı: 1574