hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Natiq Əliyev: "Bu il ilk dəfə olaraq iki fənndən imtahan test üsulu ilə keçiriləcək"

Natiq Əliyev: "Bu il ilk dəfə olaraq iki fənndən imtahan test üsulu ilə keçiriləcək"

"Yaxın günlərdə nəşr ediləcək "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2-ci nömrəsində bəzi yeniliklər öz əksini tapacaq".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Xüsusi qabiliyyət imtahanları" jurnalının təqdimat mərasimində deyib.

O bildirib ki, bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub: "Həmin jurnal orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına həsr ediləcək. Bu nəşrdə ixtisaslar üzrə bütün zəruri materiallar öz əksini tapacaq. Belə ki, bu il ilk dəfə olaraq "Musiqi sənəti" istiqamətində müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək. İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək". (Report)

Cebhe.info


Oxunma sayı: 1050