hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

NATO Hitleri, Stalini və Bağdadini bir sıraya qoydu

NATO Hitleri, Stalini və Bağdadini bir sıraya qoydu

Hitler və Stalini eyni sıraya qoyaraq İŞİD-lə müqayisə aparan NATO-nun baş katibi Yens Stoltenberqə Rusiyadan cavab gəlib. 

Cebhe.info xəbər verir ki, Stoltenberq Hitler və Stalini İŞİD terror təşkilatının lideri Bağdadi ilə müqayisə edib. 

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "Qızıl ordunun faşistlərdən azad etdiyi Norveçdə dünən gecə çoxları utancdan qızardı", - deyə vurğulayıb. 

Xatırladaq ki, NATO-nun baş katibi 3 apreldə sözügedən bəyanatla çıxış edib: "Əgər cilovlamaq mümkün deyilsə, döyüşmək lazımdır. Hitleri dinc etirazla saxlamaq olmadı, Stalini sözlə saxlamaq olmadı, İŞİD-ə də dialoqla qələbə qazanmaq olmaz".

Xəzər
Cebhe.info


Oxunma sayı: 2205