hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

NATO müttəfiqlərindən əsas gözləntilər açıqlandı: "Terrorla mübarizədə Türkiyənin yanında olsunlar"

NATO müttəfiqlərindən əsas gözləntilər açıqlandı: "Terrorla mübarizədə Türkiyənin yanında olsunlar"

“Türkiyənin NATO müttəfiqlərindən əsas gözləntisi terrorla mübarizədə bizim yanımızda olmalarıdır”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Londonda təşkil ediləcək NATO sammiti ilə bağlı “Daily Sabah” saytına verdiyi şərhdə deyib. 

Onun sözlərinə görə, Türkiyə ittifaq içərisində aparıcı rol oynayır:

“Ölkəmizin NATO müttəfiqlərindən əsas gözləntisi terrorla mübarizədə Türkiyənin yanında olmalarıdır. NATO ittifaqının məqsədinə və ruhuna uyğun olmayan çıxışlar üzv dövlətlərin münasibətlərinə xələl gətirir. Bu gün Türkiyə terror təhdidlərilə mübarizə apararkən NATO müttəfiqlərinin ittifaq ruhu ilə üst-üstə düşməyən açıqlamaları Türk cəmiyyətini də məyus edir”.

NATO üzvü olan bəzi ölkələrin Türkiyənin Suriya əməliyyatı ilə bağlı açıqlamalarına gəldikdə, Altun qeyd edib ki, Türkiyənin Suriyada reallaşdırdığı əməliyyatın məqsədi sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etməkdir:

“Türkiyənin Suriyada və ya başqa hər hansı bir ölkədə heç bir gizli gündəmi yoxdur. YPG-nin PKK terror təşkilatının Suriyadakı qolu olması NATO üzvü olan ölkələr üçün sirr deyil. Bu ölkələr İŞİD terror təşkilatını məğlub etmək məqsədilə başqa bir terror qruplaşması olan YPG/PKK-nın dəstəklənməsinin bölgə üçün ağır nəticələrə səbəb olacağını başa düşməlidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 518