hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

NATO-nun baş katibi etiraf etdi: "Türkiyəsiz İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi"

NATO-nun baş katibi etiraf etdi: "Türkiyəsiz İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi"

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.

Cebhe.info xəbər verir ki, Stoltenberq görüş zamanı Türkiyənin İŞİD-ə qarşı NATO-nun apardığı mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə olduğunu deyib.

"Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi”, - deyə baş katib bəyan edib.

Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə nəzər salmağın kifayət olduğunu ifadə edən Stoltenberg, “Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”, - deyə bildirib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 496