hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

NATO Qafqaza ayaq açır: Gürcüstanla bağlı gizli qərar?

NATO Qafqaza ayaq açır: Gürcüstanla bağlı gizli qərar?

NATO-nun baş katibi Yens Stoltenberqin Tiflisə son rəsmi səfəri Gürcüstanın adıçəkilən alyansa qəbulunda həlledici rol oynaya bilər.

Yens Stoltenberq təşkilata daxil olan bütün üzv ölkələri Gürcüstanın NATO-nun sıralarına qoşulması ilə bağlı 2008-ci ildə Buxarestdə qəbul olunmuş qərarı yenidən təsdiq etməyə çağırıb.

Bununla da Gürcüstanın NATO üzvünə çevrilməsi istiqamətində növbəti real addım atılıb. Bu il Şimali Makedoniyanın NATO üzvlüyünə daxil olması barədə qərar veriləcəyi gözlənilir. 2020-ci ildə növbəti namizəd kimi Gürcüstanın Şimali Atlantika Alyansının tam hüquqlu üzvünə çevriləcəyi gözlənilir.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Gürcüstanın NATO-ya qəbulu Qara dəniz və Cənubi Qafqaz regionunda geosiyasi vəziyyəti ciddi surətdə dəyişəcək. Bu proses bölgədə ABŞ, Rusiya və İran arasında maraqlar toqquşmasını dərinləşdirəcək. ABŞ və NATO silahlı qüvvələrinin Qara dəniz və Gürcüstana daxil olması İranın şimaldan blokadasının möhkəmləndirilməsini təmin edəcək.Ekspertin fikrincə, Cənubi Qafqazda hərbi-siyasi balansın dəyişməsinin Azərbaycana da təsirsiz ötüşməyə bilməz.

“2019-2022-ci il Gürcüstanın NATO-ya üzvlüyü üçün əsas strateji müddətdir. Bu proses NATO-nun 2014-cü ildə Uelsdə və 2016-ci ildə Varşavada keçirilmiş sammitində qəbul olunmuş qərarlara uyğun həyata keçirilir. Eyni zamanda, Gürcüstan hökumətinin NATO-ya inteqrasiya ilə bağlı götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi, münaqişəli bölgələrdə sülhməramlı missiyanı fəal şəkildə yerinə yetirməsi Gürcüstanın alyansa inteqrasiyasını sürətləndirdi.NATO Gürcüstanı regiona təsir gücü kimi görür.Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqin açıqlaması da Gürcüstanın yaxın iki-üç ildə NATO-nun tam hüquqlu strateji tərəfdaşı olacağını göstərir.Onu da qeyd edim ki, Gürcüstanın NATO-ya qəbulu qərarı gizli verilə bilər.Yəni Rusiya və İranın təsirini azaltmaq üçün üzvlük aktının gizli imzalanacağı gözlənilir.Bir neçə gündən sonra beynəlxalq ictimaiyyətə bu barədə rəsmi mərasim keçirməklə açıqlama verilə bilər.NATO öz nizamnaməsinə kiçik dəyişikliklər və əlavələr edib Gürcüstan kimi və belə kiçik dövlətləri öz sıralarına qəbul etməyə çalışacaq.Buna səbəb isə Rusiyanın NATO-nun genişlənməsinin qarşısını almaq üçün belə ölkələri işğal etməsidir.Mövcud nizamnamə isə Gürcüstan kimi ərazisində münaqişə olan ölkələrə NATO-ya daxil olmağa maneə yaradır. Ona görə də NATO xarici işlər və müdafiə nazirlərinin ötən il keçirilən zirvə görüşündə Rusiyanın təcavüzünün qarşısını almaq, həmçinin Gürcüstan kimi ölkələri üzvlüyə cəlb etmək üçün alyansın nizamnaməsinə kiçik redaktələr edilməsi qərara alınıb. Bu isə deməyə əsas verir ki, NATO Cənubi Qafqazda artıq de-fakto var.

Sadəcə olaraq, sazişlə hüquqi müstəviyə keçəcək.Cənubi Qafqaz ölkələri müstəqillik qazanana qədər Cənubi Qafqazda güclər balansı Rusiyanın əlində idi.Bu bölgəyə İranın da təsiri güclü olub.Lakin SSRİ-nin dağılmasından sonra qüvvələr nisbəti Qərbə doğru dəyişməyə başladı.Bu gün Rusiya və İran Cənubi Qafqazda təkbaşına güc deyil.Artıq ABŞ bu bölgədə üçüncü güc mərkəzinə çevrilib.ABŞ isə eyni zamanda, həm NATO-nun, həm də Avropa Birliyinin bu bölgədə mövcudluğunu təmin edir.ABŞ öz əlində iqtisadi, siyasi və hərbi olmaqla üç qüvvəni birləşdirib.Ona görə də Gürcüstanın NATO-ya üzvlüyü qaçılmazdır.Əgər Gürcüstan hakimiyyəti bu plandan yayınsa, o zaman ölkədə inqilabi yolla hakimiyyət dəyişikliyi baş verə bilər.Gürcüstanın NATO-ya üzvlüyü ABŞ-ın və adıçəkilən alyansın silahlı qüvvələrinin Qara dəniz sahilindəki Batumi və Poti limanlarına yerləşməsi deməkdir.Bu, Cənubi Qafqaza yeni bir ordu və təhlükəsizlik sisteminin daxil olmasına səbəb olacaq. Həmin proses Ermənistanın da xarici siyasətində yumşalmaya gətirib çıxaracaq. NATO-nun Azərbaycan sərhədlərinə çatması ölkəmizin təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq.Türkiyə ilə həm quru, həm də su sərhədi olan Gürüstanın NATO-ya daxil olması yeni bir geosiyasi zolağın yaranması deməkdir.Bu zaman NATO-nun yükləri həm Türkiyə və Gürcüstan üzərindən, həm də Poti limanından Azərbaycandan keçməklə Mərkəzi Asiyaya daşına bilər.Lakin İran və Rusiya NATO-nun təsirinin Cənubi Qafqazda yayılmasının qarşısını almaq üçün son ana qədər müqavimət göstərməyə çalışacaq.Azərbaycan Rusiya və və İran arasında quru sərhəddi olan yeganə ölkədir.Ona görə də Rusiya və İran NATO-nun Azərbaycanda təsirinin qarşısını almaq üçün müəyyən fəaliyyətlərə keçəcək.Azərbaycan cəmiyyəti buna hazır olmalıdır.Azərbaycan dövləti təhlükəsiliyi təmin etmək üçün balans siyasətini genişləndirməlidir.Eyni zamanda, Azərbaycan Avropa Birliyi ilə strateji tərəfdaşlığa dair assosiativ sazişi imzalayarsa, milli təhlükəsiliyini möhkəmləndirmiş olar”.

Fərrux Məmmədov bildirdi ki, NATO-nun Cənubi Qafqaza doğru genişlənməsi həm İranın, həm də Rusiyanın bölgədəki geosiyasi təsirinin qarşısını almaq məqsədi daşıyır:

“Son vaxtlar ABŞ bir sıra strateji əhəmiyyətli gedişlər etdi. Yəni Vaşinqton Əfqanıstanda “Taliban” hərəkatı ilə atəşkəsə dair razılaşma əldə etdi.Daha sonra ABŞ-ın dövlət katibi Mayk Pompeonun Hizbullah lideri ilə görüşü və nəhayət Colan təpələrinin İsrailin ərazisi kimi tanınmasına dair prezident Trampın qərarı İranı regionda təcrid etməyə hesablanıb.NATO-ya inteqrasiya prosesi də əvvəlcə İrana, sonra Rusiyaya təhlükədir.Əgər ABŞ İranı Yaxın Şərqdən, Fars körfəzi regionundan və Cənubi Qafqazdan tam sıxışdıra bilsə, sonrakı mərhələdə Rusiya hədəf seçiləcək.Colan təpələrinin İsrail ərazisi kimi tanınmasına Ərəb Liqasının, Rusiyanın və Suriyanın susaraq reaksiya verməsi bu məsələ ilə bağlı razlaşmanın olduğunu deməyə əsas verir.Lakin Kremldə onu da başa düşürlər ki, ABŞ İranı öz mövqelərindən çəkilməyə məcbur edə bilsə, sonra bütün güc Rusiyaya qarşı yönəldiləcək.Prezident Vladimir Putinin Məkəzi Asiya ölkələrinə səfərə çıxması Rusiyanın müdafiə məqsədilə öz ətrafında bufer zonanı gücləndirmək niyyətindən xəbər verir. Rusiya müvəqqəti olaraq buna nail olacaq. Lakin Gürcüstanın, Ukraynanın NATO-ya inteqrasiyası ABŞ-ın Rusiya ilə bütün cəbhələrdə mübarizəni davam etdirdiyini göstərir.Martın 31-də Ukraynada keçiriləcək prezident seçkilərində Qərbə yaxın siyasətçi hakimiyyətə gələcək.İran passivləşdirildikdən sonra Rusiya eyni situasiya ilə üzləşməmək üçün ABŞ-la, NATO ilə və Avropa Birliyi ilə bütün siyasi güzəştləri imzalamağa hazır olacaq.Onu da qeyd edim ki, yaxın gələcəkdə biz NATO-nun sərhədlərinin tamamilə dəyişməsinin şahidi olacağıq.Belə ki, Argentina, Venesueala, Braziliya NATO-ya daxil olacaq.NATO-nun sərhədləri Latın Amerikası ölkələrini əhatə edəcək.Artıq Ərəb Liqası ölkələri də NATO-nun assosiativ üzvdür.2030-cu ilə qədər NATO üzvü olan dövlətlərin sayı 35-40-a çatacaq.Bununla da qitələrarası bir alyansa çevriləcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 9255