hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Navalnı Rusiyaya qayıdır

Navalnı Rusiyaya qayıdır

Rusiya müxalifətinin lideri Alekasey Navalnı sağaldıqdan sonra Rusiyaya qayıdacaq.

Cebhe.info-nun məlumatına görə, A.Navalnının mətbuat katibi Kira Yarmış özünün “Twitter” səhifəsində belə yazıb.

“Hər səhər jurnalistlər mənə yazır və soruşurdular ki, Alekseyin Rusiyaya qayıtmağı planlaşdırdığı doğrudurmu? Sualın səbəbini başa düşürəm. Amma yenə də kiminsə başqa cür düşünə bilməsi mənim üçün qəribədir. Bir daha hər kəsə təsdiq edirəm: başqa variantlar qətiyyən düşünülməyib” – Yarmış belə deyib.

Bundan öncə Navalnının niyyətləri, Rusiya müxalifətçisinin səhhəti və ilkin planları ilə tanış olan Almaniya xüsusi xidmət orqanlarının yüksək rütbəli nümayəndəsi onun Rusiyaya qayıtmaq istəmədiyi barədə açıqlama vermişdi.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1585