hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,4% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin gəlirləri 1,4% artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni dövrünə nisbətən 7,2% artaraq 50,710 mln. manatı üstələyib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 75,1%-i mobil rabitənin payına düşüb. Cari ilin ilk 10 ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,4% üstələyərək 38 mln. manatı ötüb.

Cebhe.info


Oxunma sayı: 617