hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Nazarbayev haqqında bilinməyənlər: 8.5 milyard dollarlıq bank hesabı və Qazaxıstanın Rəsul Quliyevi

Nazarbayev haqqında bilinməyənlər: 8.5 milyard dollarlıq bank hesabı və Qazaxıstanın Rəsul Quliyevi

1999-cu ildə Qazaxıstan hökuməti Beçika və İsveçrədən xahiş edir ki, müxalifətə keçmiş Akejan Kajegeldinin bank hesablarını dondursun. 1994-97-ci illərdə baş nazir işləmiş Kajegeldin də onların Rəsul Quliyevidir”.

Cebhe.info xəbər verir ki, bu haqda Çexiyada yaşayan azərbaycanlı jurnalist Rövşən Əliyev ötən gün istefa verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev haqqında yazısında qeyd edib. R.Əliyev Nazarbeyin xarici banklarda olan hesabında 8.5 milyard dolların tapılmasına diqqət çəkib:

“Bir iş üzrə istintaqda Kajegeldinin hesabında 80 milyon dollar olduğu deyilirdi. Deməli, yoxlayırlar görək Kajegeldinin pulları hardadır. Belçika və İsveçrə prokurorlarının yoxlamalarından aydın olur ki, Kajegeldin İsveçrədəki pulları aradan çıxarıb, ancaq Nazarbayevin şəxsi hesabında bir neçə milyard dollar var. Qazaxıstanın "Respublika" qəzeti Nazarbayevin şəxsi hesabından 1 milyard dollar tapıldığını yazmışdı, səhərisi gün redaksiyanın giriş qapısında çox qəribə bir mesaj - kəsilmiş it başı peyda olur. “New Yorker” jurnalına görə, Nazarbayevin xaricdəki məxfi hesabında 1 milyard yox, 8,5 milyard dollar aşkarlanıb. Sonralar Qazaxıstan hökuməti Nazarbayevin adına xaricdə milyard dollar saxlandığını etiraf elədi, ancaq bildirdi ki, bu hesab dövlətin pullarını daha etibarlı qorumaq üçündür, Nazarbayevin deyil”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 2831