hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Nazarbayev ailəsi şokda: Atası həbsxanada, özü Londonun mərkəzində intihara cəhd edən nəvə

Nazarbayev ailəsi şokda: Atası həbsxanada, özü Londonun mərkəzində intihara cəhd edən nəvə

Qazaxıstanın sabiq prezidenti, hazırda da ölkənin lideri olan Nursultan Nazarbayevin 28 yaşlı nəvəsi Aysultan polisə hücumda ittiham edilir.

Cebhe.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, məsələylə bağlı dinləmə 4 iyulda Londonun Sazark rayonundakı Kral Məhkəməsində keçirilib.

İşin gedişatında sabiq prezidentin nəvəsinin narkotikin təsiri altında polisə müqavimət göstərdiyi qeyd olunub.

Gənc hazırda nəzarət altındadır. O, polisə hücumla bağlı ittihamları rədd edir. İttiham tərəfi olan Qreqor Makkinli bildirib ki, Aysultan Nazarbayev 3 iyunda hotellərdən birində "tamaşa” təşkil edib, eyvana çıxıb, özünü aşağı atmaqla hədələyib, intihar edəcəyini bildirib.

5 iyunda hadisə Londonun mərkəzindəki mənzillərdən birində təkrarlanıb. Bu zaman qonşular polis çağırıb. Makkinli bildirib ki, Aysultan Nazarbayev özünü çox aqressiv aparıb, intiharla hədələyib, çağırışa gələn polis əməkdaşı Ross Sambrukuna hücum edib, onu sinəsindən vurub və əlini dişləyib. Polis cavab olaraq elektroşok tətbiq edib. Beləliklə də Qazaxıstanın sabiq prezidentinin nəvəsinə ittiham irəli sürülüb.

Aysultan Nazarbayev polis idarəsinə gətirilib. Makkinli ad çəkmədən bildirib ki, Qazaxıstan hakimiyyətindən polisə zəng edilib, məqsəd Nazarbayev ailəsinin biabır olmasına imkan verməmək olub. Ancaq polis əlaqəyə girməkdən imtina edib.

Qazaxıstan mətbuatı isə Aysultanın dostlarına istinadən onun heç bir olay törətmədiyini yazır. Onların sözlərinə görə, Nazarbayevin nəvəsinin tanışı olan qız bilmədən mənzilin qapısını bağlayıb və gənc onu açmaq üçün eyvandan keçməli olub. Qonşular da bunu görərək polisə müraciət edib.

Məhkəmənin gedişində Nazarbayevin vəkilləri onu 113 min dollar girov müqabilində sərbəst buraxılmasını istəyib. Ona hadisənin törədildiyi evdə azadlığı məhdudlaşdırılmaqla yaşamasına icazə verilməsi istənilib. Hakim Filipp Barbel bunu etməyə razı olub. Ancaq bir şərtlə ki, Aysultan Nazarbayev klinikada reablitasiya prosesinə cəlb edilsin. Hakim Nazarbayevin nəvəsinin narkotik asılıları üçün məşhur klinika olan “Priory”yə göndərilməsini təklif edib. Bu klinikada zaman-zaman məşhur müğənnilər Emmi Uaynhaus, Robbi Ulyams, futbolçu Corc Best, aktyor Conni Depp müalicə alıb.

Aysultan Nazarbayev Dariqa Nazarbayevanın oğludur. Onun atası Rahat Əliyev vəfat edib. Rəsmi məlumata görə, o, Avstriya həbsxanasında intihar edib. Ancaq bəzi məlumatlarda onun öldürüldüyü vurğulanır. Aysultan Nazarbayev anasının soyadını daşıyır. O, bundan əvvəl Facebook hesabında narkotikdən istifadə etdiyini etiraf edib. Bildirib ki, asılılıqdan qurtulmağa babası və Allah kömək olub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 8339