hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Nazarbayevin istefa hüququ tanındı: TƏCİLİ İCLAS

Nazarbayevin istefa hüququ tanındı: TƏCİLİ İCLAS

Qazaxıstan Konstitusiya Şurası prezident Nursultan Nazarbayevin istefaya getmək hüququnu tanıyıb. 

Cebhe.info xəbər verir ki, bu barədə Şuranın bu gün keçirilən təcili iclasından sonra qurumun saytında xəbər yerləşdirilib.

Dövlət başçısı barədə mübahisəli durum Konstitusiyanın 43-cü maddəsinin 3-cü bəndi ilə bağlı yaranıb. Ölkənin əsas qanununun indiki redaksiyasında deyilir: 

"Ölkə prezidentinin səlahiyyəti yeni seçilən dövlət başçısının öz səlahiyyətlərinin icrasına başladığı anda, həmçinin prezidentin vəfatı və ya səlahiyyətlərindən vaxtından əvəvl geri çəkildiyi zaman bitir. Respublikanın bütün sabiq prezidentləri (vəzifədən kənarlaşdırılanlar istisna olmaqla) eks-prezident statusu daşıyır".

Xatırladaq ki, 4 fevralda Nazarbayev Şuraya müraciət edərək sözügedən maddə ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirilməsini istəyib. Nazarbayevi xüsusilə prezident səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələ maraqlandırıb. Bu gün isə Şura bildirib ki, Konstitusiyada yer alan, həmçinin prezidentin vaxtından əvvəl vəzifədən azad edilməsi" ifadəsi həm də istefa vərəcəyi halda prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini əhatə edir.

Nazarbayevin Şuraya müraciəti ölkədə ciddi müzakirələrə yol açıb. Belə ki, bir çoxları bunun ölkədə vaxtından əvvəl prezident seçkisinə hazırlıq kimi dəyərləndirib. Nazarbayev məsələyə aydınlıq gətirməyə məcbur olub və xüsusi videomüraciətlə çıxış edib. Bildirib ki, ölkədə erkən seçki keçirilməyəcək. 

Özünün Şuraya müraciətinə gəlincə, prezident bunu “prosedur qaydası” adlandırıb və bildirib ki, prezidentliyi dönəmində Konstitusiya Şurasına ümumilikdə 22 dəfə kömək üçün müraciət edib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 2660