hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Pullu təhsil ləğv olunur? - Nazir cavablandırdı

Pullu təhsil ləğv olunur? - Nazir cavablandırdı

“Təhsil haqqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmış olarıq”.

Cebhe.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır: “Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.

Cebhe.info


Oxunma sayı: 1684