Nazir: "Azad olunmuş ərazilərdə 399 mədəniyyət abidəsi aşkarlanıb"

“Hazırda Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə monitorinq işləri davam etdirilir. Biz 6 rayon üzrə mütəmadi məlumatlar alırıq”.
Bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 399 mədəniyyət abidəsi aşkarlanıb: “Həmçinin həmin ərazilərdə 372 tarixi mədəniyyət abidəsi aşkar edilib. Onlardan 195-i Şuşada yerləşir”.
Cebhe.info
Oxunma sayı: 727
Bizim Telegram səhifəmizi izləyin