hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Nazir Bəhreyn Krallığının nümayəndə heyəti ilə görüşdü

Nazir Bəhreyn Krallığının nümayəndə heyəti ilə görüşdü

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, qonaqları salamlayan Əbülfəs Qarayev Parisdə keçirilən UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirakı zamanı Bəhreynin Mədəniyyət naziri ilə görüşünü xatırladıb, UNESKO ilə əməkdaşlıq çərçivəsində Bəhreynin Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Nazir Dünya İrsi Siyahısına daxil olan Muharraq şəhərinin bərpası layihəsinin memarlıq sahəsində ən əhəmiyyətli mükafatlardan biri olan Ağa Xan Mükafatına layiq görülməsi münasibətilə Bəhreyn Krallığına təbriklərini ifadə edib.

İki ölkənin Mədəniyyət nazirliklərinin əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayan Əbülfəs Qarayev Bəhreynin aparıcı media qurumlarının əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin bu səfərinin qarşılıqlı mədəni-turizm əlaqələrinin inkişafına, o cümlədən Azərbaycan mədəniyyətinin Bəhreyndə təbliğinə və tanıdılmasına mühüm töhfə verəcəyini bildirib.

Əbülfəs Qarayev qonaqları Bakının görməli yerləri, tarixi-mədəni irsi ilə tanış olmağa dəvət edərək bu səfərin onlarda ölkəmizlə bağlı xoş və zəngin təəssürat yaradacağına ümidvar olduğunu deyib.

Cebhe.info


Oxunma sayı: 628