hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Nazir bir polkovniki rəis vəzifəsinə, o birini təqaüdə göndərdi: DİN-də yeni dəyişikliklər

Nazir bir polkovniki rəis vəzifəsinə, o birini təqaüdə göndərdi: DİN-də yeni dəyişikliklər

Daxili İşlər Nazirliyində kadr islahatları davam edir.

Cebhe.info Strateq.az-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Rüstəm Cəfərov Beyləqan rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Xatırladaq ki, Beyləqanın əvvəlki rəisi Rəşid Piriyev bu ilin oktyabr ayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini  vəzifəsinə təyin edilib.

Nazirin digər bir əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Cebhe.info


Oxunma sayı: 1024