hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Nazir çirklənmiş ərazilərin mərhələlərlə bərpa ediləcəyini açıqlayıb

Nazir çirklənmiş ərazilərin mərhələlərlə bərpa ediləcəyini açıqlayıb

“Hazırda Abşeron yarımadasında çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir”.

“Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, qiymətləndirmədən sonra təmizlənmə və bərpa metodologiyaları müəyyənləşdiriləcək, çirklənmiş ərazilər torpaqların gələcək istifadə təyinatına uyğun olaraq mərhələlərlə bərpa ediləcək.

Muxtar Babayev bildirib ki, su hövzələrinin çirkləndirilməsi ölkənin və yarımadanın əsas ekoloji problemlərindəndir: “Kanalizasiya sistemlərinin və müvafiq təmizləyici qurğuların qurulması hesabına su mənbələrinin çirklənməsinin qarşısı alınmalıdır”.

Nazir vurğulayıb ki, Azərbaycanda da iqlim dəyişmələrinin fəsadları müşahidə olunur və təhlükəli hidrometeoroloji hadisələrın sayında, intensivliyində artım tendensiyası izlənilir: “Bu sahədə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, dəniz hidrometeoroloji şəbəkəsinin avtomatlaşdırılması, yeni proqnoz modellərinin tətbiqi ilə hidrometeoroloji xidmət sahəsinin modernləşdirilməsi nəzərdə tutulub”.


Oxunma sayı: 386