hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Nazir daha bir direktoru vəzifədən azad edib - Təyinat

Nazir daha bir direktoru vəzifədən azad edib - Təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - “Azərrabitəlayihə” MMC-nin direktoru Alpay Kərimov vəzifəsindən azad edilib.

Cebhe.info Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Suleyman Əhmədova həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.

Cebhe.info


Oxunma sayı: 441