hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Nazir:"Gündə virus səbəbi ilə 10-12 məktəb bağlanır"

Nazir:"Gündə virus səbəbi ilə 10-12 məktəb bağlanır"

“5 aprel tarixindən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonlarında ümumtəhsil müəssisələrinin distant təhsilə keçməsinə bir neçə faktor təsir edib. Artıq gördüyünüz kimi yoluxma halları 2500-ü keçib, onun da 80 faizi sadalanan ərazilərə keçir”.

Cebhe.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-dəki çıxışında deyib.

O bildirib ki, bu öz-özlüyündə gün ərzində məktəblərin bağlanması deməkdir:

“Artıq martın 29-dan başlayaraq orta hesabla gün ərzində 10-12 məktəbin distant təhsilə keçirilməsini müşahidə edirdik. Proqnozlara görə bu rəqəmlər artmağa doğru gedirdi. İstənilən halda gün ərzində 2500-3000 yoluxma olanda onun 70 faizi Bakının payına düşdüyü halda Bakı, Sumqayıt, Abşeronda məktəblər bağlanır. Bütün bunlar Səhiyyə orqanlarının rəyi ilə həyata keçirilir”.

Cebhe.info


Oxunma sayı: 485