t Nazir hökumətin hədəflərini açıqladı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Nazir hökumətin hədəflərini açıqladı

Nazir hökumətin hədəflərini açıqladı

"2020-ci il və ortamüddətli perspektivdə ölkə iqtisadiyyatının qarşısında duran strateji vəzifə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır". 

Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, bunun üçün hökumət qarşısında bir sıra hədəflər müəyyən edilib: 

"Bunlar qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir". 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 606