hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Nazir: “Asiya İnkişaf Bankı 3-4 il üçün Azərbaycanla bağlı kredit prioritetlərini müəyyən edir”

Nazir: “Asiya İnkişaf Bankı 3-4 il üçün Azərbaycanla bağlı kredit prioritetlərini müəyyən edir”

“Hazırda biz Asiya İnkişaf Bankı ilə ölkə üzrə biznes əməliyyatları strategiyası əsasında işləyirik. Bu strategiya çərçivəsində Asiya İnkişaf Bankı qarşıdakı 3-4 il üçün Azərbaycanla bağlı kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Bildirmək istərdim ki, hazırda onlar, həmçinin Azərbaycanla bağlı çox mühüm texniki yardım proqramlarında olduqca fəal iştirak edirlər. Onların bir neçəsi həqiqətən də çox mühümdür, xüsusilə layihəyə hazırlıq mexanizmi. Bu da, həmçinin kredit vasitəsilə tamamlana bilən texniki yardım proqramıdır. Cənab Prezident, başqa bir mühüm layihə startapların yaradılması üçün texniki yardım layihəsidir. Bunlar olduqca mühüm layihələrdir”.

Cebhe.info xəbər verir ki, bunu iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfransda Maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə naziri Samir Şərifov Azərbaycanda peşə təlimi sisteminin gücləndirilməsi məsələsi ilə bağlı bankla əməkdaşlığa toxunaraq bildirdi ki, hazırda Asiya İnkişaf Bankının təqdim etdiyi peşə təhsili təlimi layihəsi ilə əlaqədar bu qurumla Təhsil Nazirliyi arasında müzakirələr başlayıb. Nazir qeyd etdi ki, digər layihə əsasən özəl və maliyyə sektoru ilə bağlıdır. Bildirdi ki, ənənəvi layihələr arasında suvarma layihələri var. Asiya İnkişaf Bankı dövlətimizin başçısının imzaladığı fərmanla Azərbaycanda sudan istifadə məsələləri ilə məşğul olmaq üçün hökumət yanında Operativ Qərargahın yaradılmasından məlumatlıdır və bu məsələyə töhfə vermək niyyətindədir. Samir Şərifov dedi ki, Asiya İnkişaf Bankı bu sahədə Naxçıvan Muxtar Respublikasında layihəni nəzərdən keçirməyi təklif edir.
Xəzər
Cebhe.info


Oxunma sayı: 1365