hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Nazir: “Ermənilərin Xudavəngdə 8 əsrlik freskaları qaşıyıb aparması cinayətdir”

Nazir: “Ermənilərin Xudavəngdə 8 əsrlik freskaları qaşıyıb aparması cinayətdir”

"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".

Bunu jurnalistlərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirilib. Bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymətin verilməsinə çalışacağıq".

Cebhe.info


Oxunma sayı: 969