hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Nazir müavini İsmayıl İsmayılov vətəndaşlarla görüşdü

Nazir müavini İsmayıl İsmayılov vətəndaşlarla görüşdü

İyunun 12-də Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda 7-dən çox vətəndaş iştirak edib.

GİN-dən verilən məlumata görə, bunlardan 2 nəfər gənclər sahəsi, 1 nəfər idman avadanlığının verilməsi, 1 nəfər fəxri adın verilməsi, 1 nəfər gənclər evinin tikintisi, 2 nəfər isə şəxsi məsələ ilə bağlı müraciət etmişdir.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilmişdir.

Cebhe.info


Oxunma sayı: 1981