hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Nazir müavinləri vətəndaşları qəbul edəcək

Nazir müavinləri vətəndaşları qəbul edəcək

Gənclər və idman nazirinin müavini İntiqam Babayev mayın 17-də Lənkəran şəhərində Lənkəran, Astara şəhər, rayon sakinlərini, nazir müavini İsmayıl İsmayılov Lerik rayonunda Lerik rayon sakinlərini qəbul edəcəklər.  

GİN-dən verilən məlumata görə, qəbul saat 11:00-da Lənkəran şəhərində Lənkəran Olimpiya İdman Kompleksində (Lənkəran şəhəri, ŞİH-nin yaxınlığı), Lerik rayonunda Lerik Mədəniyyət Mərkəzində (Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 24, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Lənkəran: (051) 505-30-30

Astara: (055) 789-03-34; (051) 432-01-10

Lerik: (050) 568-49-23.

Cebhe.info


Oxunma sayı: 628