hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Nazir məktəblərin niyə bağlandığını açıqladı: “Valideynlər övladlarını məktəbə göndərmirdilər”

Nazir məktəblərin niyə bağlandığını açıqladı: “Valideynlər övladlarını məktəbə göndərmirdilər”

“Davamiyyət məsələsi vacibdir. Yoluxma artdıqca, valideynlər övladlarını riskə atmamaq üçün məktəbə göndərmirdilər. Belə olan halda təhsil müəssisələrinə gələn uşaqların sayı az olurdu. Bu da tərəfimizdən izlənilirdi”.

Cebhe.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində deyib.

“Məktəblərə nümayəndələrimizin səfərləri zamanı bu qeydlər götürülür və analiz aparılırdı. Onsuzda siniflər yarımqruplarda fəaliyyət göstərirdi, o qrupun da yarısından çoxu məktəbə gəlməyəndə davamlılıqdan danışa bilmirik. Bu mənada heç olmasa distant təhsilə keçmək daha məntiqli görünür”,- deyə nazir bildirib.

Cebhe.info


Oxunma sayı: 1123