hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Nazir müavini: "Azad edilən ərazilərdə DOST filialları yaradılır"

Nazir müavini: "Azad edilən ərazilərdə DOST filialları yaradılır"

"Azad edilən ərazilərin bərpa quruculuq işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi yeri olacaq. Həmin ərazilərdə mütləq şəkildə sosial infrastruktur olmalıdır".

Cebhe.info xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə ilk növbədə sosial infrastrukturun qurulması, peşə hazırlığı mərkəzlərinin yaradılması təmin ediləcək:

"DOST filiallarının Qarabağda yaradılması ümdə məsələlərdəndir. Bu istiqamətdə işlərə başlanılıb. Həmin ərazilərdə məşğulluğun təmin edilməsi, kiçik bizneslərini yaradılması üçün layihələr həyata keçiriləcək".

Cebhe.info


Oxunma sayı: 1101