hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nazir müavini Sumqayıtda məktəb açılışında iştirak edib

Nazir müavini Sumqayıtda məktəb açılışında iştirak edib

Sentyabrın 15-də Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Cebhe.info xəbər verir ki, açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və məktəb direktoru iştirak edib.

Açılışda məlumat verilib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib.

4 korpusdan ibarət olan məktəb binasında 69 sinif otağı, müasir istilik sistemi ilə təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək.

Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub.

Naibə
Cebhe.info


Oxunma sayı: 1431