hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Nazir tələbələrin universitetlərdən xaric olunmasından danışdı:"Hər il 3 faizə qədər..."

Nazir tələbələrin universitetlərdən xaric olunmasından danışdı:"Hər il 3 faizə qədər..."

“Hər il Azərbaycanda 2,5 və ya 3 faizə yaxın tələbə müxtəlif səbəblərdən universitetlərdən xaric olunur. Pandemiya dövründə də bu rəqəmdə ciddi dəyişiklik baş verməyib.

Statistik rəqəmlərə əsasən, 2016-2017-ci tədris ilində 3 588, 2017-2018-ci illərdə isə 3 807 tələbə müxtəlif səbəblərdən ali məktəblərdən uzaqlaşdırılıb".

Cebhe.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində canlı yayımda deyib.

O bildirib ki, tez-tez sosial şəbəkələrdə tələbələrin universitetlərdən xaric edildiyinə dair məlumatlar paylaşılır:

"Qeyd etdiyim rəqəmlər pandemiyadan əvvəlki dövrlər üzrə aparılan araşdırmaların nəticəsidir. Burada pandemiya rol oynamır”.

Cebhe.info


Oxunma sayı: 3411