hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nazirlərin Vaşinqton görüşü: “Trampın seçimi bəllidir” - POLİTOLOQ

Nazirlərin Vaşinqton görüşü: “Trampın seçimi bəllidir” - POLİTOLOQ

“ABŞ-ın dövlət katibi Mayk Pompeonun dəvəti ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda birgə görüşündə atəşkəsin əldə edilməsi gözlənilmir. ABŞ-ın mövqeyi hazırda neytarldı və hərbi əməliyyatların davam etdirilib, ərazi bütövlüyünün təmin olunması onun regional maraqları çərçivəsindədir”.

Cebhe.info xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədulazadə çıxış edib.

O deyib ki, Azərbaycan diplomatik təmasları və görüşlərdə iştirakı lazımdır və bununla paralel uğurlu hərbi əməliyyatları da davam etdirir:

“Hazırkı mərhələdə atəşkəsin əldə edilməsi Azərbaycan üçün məqbul deyil. M. Pomoeo Vaşinqtonda Ermənistan tərəfinə baza prinsiplərini qəbul etməsini və atəşkəsin dayandırılmasını təklif etməsi şübhəsizdir. Ümumiyyətlə, Vaşinqton görüşü Azərbaycana Moskva görüşündən daha uyğundur və burada Vaşinqton “stavka”nı Bakıya verir. Ərazi bütövlüyünün təmin olunması ABŞ-da prioritet istiqamətlərdəndir. Tramp administrasiyası regionda Ermənistanı dəstəkləməyəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2289

Bizim Telegram səhifəmizi izləyin