hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Nazirlik avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...

Nazirlik avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...

Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.

Cebhe.info-nun məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş “BMW 320” maşınının start qiyməti 8000 manat olacaq.
2008-ci il buraxılışlı “QAZ-31105”in ilkin 2000 manata təklif ediləcək.

Həmçinin, 2008-ci il istehsalı olan “Mercedes Benz E500” 10000 manata, 2007-ci il buraxılışlı “FIAT Doblo” isə 3500 manata (hər ikisinin start qiymətidir) təklif olunacaq.

Cebhe.info


Oxunma sayı: 1079