hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Nazirlik bu ölkəyə gedənlərə xəbərdarlıq etdi

Nazirlik bu ölkəyə gedənlərə xəbərdarlıq etdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Cebhe.info xəbər verir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Küveytdəki Səfirliyindən məlumat daxil olan məlumata görə, Küveyt Hökuməti tərəfindən 2 may 2021-ci il tarixində tətbiq edilən qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq:

“Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib”.

Cebhe.info


Oxunma sayı: 375