hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Nazirlik Qarabağ əlilinin pensiyasını kəsib: “Qəpik-quruşumuza da göz dikiblər”

Nazirlik Qarabağ əlilinin pensiyasını kəsib: “Qəpik-quruşumuza da göz dikiblər”

“Əlavə müalicəyə ehtiyacım olduğunu bildirərək mənə əlillik təyinatından imtina edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu məzmunda məktub almışam. Artıq bir çox əlillərə belə imtina məktubu gəlir”.

Cebhe.info xəbər verir ki, bunu İmişli sakini, Qarabağ əlili Habil Şirinov deyib. O bildirib ki, artıq 63 yaşı var: “Döyüşlərdə iki dəfə kəllə-beyin travması almışam,yüksək şəkər, sol qulağımın eşiməməsi, aşağı ətraflarda damar çatmazlığı, səngər xəstəliyi olan kəmərvarı dəmrov (sinir xəstəliyidir) var. Məgər müalicə ilə məndən 20 yaşlı oğlanmı düzəltmək istəyirlər?”

O bildirib ki, 1989-cu ildən Qarabağda düşmənə qarşı döyüşəndə sağ qalıb nə vaxtsa qazi olacağını düşünməyib: “Düşünmürdüm ki, əlil kimi müavinət alacağam. Çünki davam qarın davası deyil, torpaq, millət davası idi. Biz torpaq davası edəndə indiki korrupsioner məmurlar harada idi? Onlar indi milyardlara sahib olduğu halda mənə və mənimkimilərin nəvələrinə çatan qəpik-quruş da kəsilir, ona da göz dikiblər”.

Xatırladaq ki, son günlər bu məzəmunda şikayətlərin sayı artıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6436