t Nazirlik rəhbər vəzifələrə kadr axtarır
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Nazirlik rəhbər vəzifələrə kadr axtarır

Nazirlik rəhbər vəzifələrə kadr axtarır

Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.

Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Cebhe.info xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan  Məhərrəmli  bildirib.

O qeyd edib ki, namizədlərin seçimi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin  və Dövlət Turizm Agentliyinin  mütəxəssislərindən ibarət  komissiya tərəfindən həyata keçiriləcək.

“Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompyuter və xarici dil bilikləri tələb olunur”.

Şöbə müdiri onu da bildirib ki, seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək.

“Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti)  30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”. 

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://eco.gov.az/az/nazirlik/elan?newsID=10549

Aydın
Cebhe.info


Oxunma sayı: 650