hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Nazirlik rəsmisi əlillərin pensiyasının kütləvi kəsildiyini təsdiqlədi: 80 min müraciətdən 69 faizinə rədd cavabı verilib

Nazirlik rəsmisi əlillərin pensiyasının kütləvi kəsildiyini təsdiqlədi: 80 min müraciətdən 69 faizinə rədd cavabı verilib

Son zamanlar Qarabağ əlilləri də daxil olmaqla əlillərin təqaüdlərinin kütləvi kəsildiyinə dair məlumatlar yayılır.

Cebhe.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov məsələylə bağlı mövqeyini bildirib.

Qedy edib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyəti əsassızdır:

“Araşdırma zamanı məlum olur ki, əlilliyin təyin olunan müddəti başa çatıb. Həmin şəxslər yenidən müraciət etməlidir. 2020-ci ildə əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq müraciət daxil olub, cəmi 31 faizinə müsbət cavab verilib".

Cebhe.info


Oxunma sayı: 5798