hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nazirlikdən sahibkarlara dəstək

Nazirlikdən sahibkarlara dəstək

Salyan və Masallıdan olan gələcəyin 8 sahibkarına öz bizneslərini qurmaları üçün lazım olan avadanlıqlar təqdim olunub.

Avtomobil yuma məntəqəsi, kiçik ət istehsalı şirkəti, şirniyyat dükanı, həmçinin, toxuculuq və qadın geyimləri dükanları tezliklə öz fəaliyyətinə başlayacaq.

Cebhe.info xəbər verir ki, avadanlıqların çatdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən və Azərbaycanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində təşkil edilib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1266

Bizim Telegram səhifəmizi izləyin